“Qarabağ”ın futbolçusu Filip Ozobiç Premyer Liqada 100-cü oyununu keçirib.
Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, milliləşdirilmiş yarımmüdafiəçinin yubileyi III turun “Neftçi” ilə səfər matçına (2:1) təsadüf edib.
2016-cı ildən Azərbaycan çempionatında çıxış edən 30 yaşlı futbolçu iki klubun formasını geyinib. O, 2016-18-ci illərdə “Qəbələ”də 46, 2018-21-ci illərdə “Qarabağ”da 54 görüşdə iştirak edib. Filip Premyer Liqadakı 100 qarşılaşmada 38 qol vurub. Bunlardan 16-sı Qəbələ, 22-si Ağdam klubunun heyətində qeydə alınıb.
Qeyd edək ki, Filip Premyer Liqada ilk oyununu 2016-cı il avqustun 8-də “Qəbələ”nin heyətində “Kəpəz”ə (2:0) qarşı keçirib.
- Yasin Kol və Göktuğ Hazar Erel məhkəməyə göndərildi
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu