Premyer Liqada daha iki cəzalı
09.02.2022 - 09:18
Azərbaycan Premyer Liqasının XV turunun ikinci oyun günü daha iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, buna “Sabah” – “Qəbələ” oyunu (3:0) səbəb olub.
Sarı vərəqə ilə cəzalanan Zurab Oçiqava və Fernan Lopes mövsümdə 4-cü dəfə xəbərdarlıq alıb. Hər iki oyunçu növbəti turu buraxmalı olacaq.
Lopes “Qəbələ”nin “Səbail”lə ev matçında oynayamayacaq. Zurab isə Zirə səfərində meydana çıxmayacaq.
Qeyd edək ki, turun ilk günündə “Keşlə”nin üzvləri İlkin Qırtimovla Sadio Tounkara cəzalı duruma düşüb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0