Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, XV turun “Neftçi” – “Qarabağ” oyununu 3500 tamaşaçı izləyib.
Qonaqların 2:1 hesabı ilə qalib gəldiyi görüşdəki tamaşaçı sayı cari çempionat üçün ən yüksək rəqəmdir. “Bakcell Arena”dakı oyuna qədər də rekord eyni komandaların eyni stadiondakı matçına məxsus idi. Həmin vaxt da indiki nəticənin qeydə alındığı III turun oyununu 3300 tamaşaçı izləyib.
Qeyd edək ki, tamaşaçı sayında mövsümün üçüncü göstəricisi VI tura təsadüf edib. “Qarabağ”ın “Qəbələ” ilə oyununu (2:0) 1600 izləyici seyr edib.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA