Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsindəki son rəqibi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Qazaxıstan millisi C liqasının III qrupuna vəsiqə qazanıb.
Andrey Karpoviçin yetirmələri pley-off mərhələsində Moldovanı üstələyib. İlk görüşdə evdə 1:2 hesabı ilə məğlub olan moldovalılar cavab matçında İqor Armaşın 13-cü dəqiqədə vurduğu yeganə qolla 90 dəqiqəni öndə tamamlayıb. Ümumi hesab bərabərə olub – 2:2. Status-kvo sona qədər dəyişmədiyindən, penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Qazaxıstan 5:4 hesablı qələbə qazanaraq, C liqasında qalıb. Moldova isə D liqasına yuvarlanıb.
Beləliklə, Qazaxıstan III qrupda Azərbaycan, Slovakiya və Belarusla mübarizə aparacaq. Yığmamız ilk oyununu isə iyunun 3-də səfərdə məhz Qazaxıstana qarşı keçirəcək.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq