Riçard Almeyda 200-ə çatdı
09.02.2022 - 10:31
Riçard Almeyda “Qarabağ”ın heyətində 200-cü çempionat matçına çıxıb.
Apasport.az xəbər verir ki, bu, Premyer Liqanın XV turunun “Neftçi” ilə görüşünə təsadüf edib.
Yubilyar komandasının 2:1 hesabı ilə qalib gəldiyi matça kapitan kimi çıxıb. 33 yaşlı yarımmüdafiəçi 2012/13 mövsümündən fasilələrlə “Qarabağ”ın formasını geyinir. Riçard bu matçlarda 44 qol vurub.
Almeyda klub tarixinə ölkə çempionatında 200 və daha çox matç keçirən 11-ci futbolçu kimi düşüb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0