"Maksimum çalışırdıq ki, sürətli oyun getsin. Oyunumuzun keyfiyyətini artırmaq istəyiriksə, sürət şərtdi".
Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Gənc mütəxəssis Polşa "Qurnik"i ilə (2:2) yoxlama oyununu şərh edib: "Antalyaya gələndə qarşımıza qoyduğumuz tapşırıqlardan biri bu idi. Futbolçular özlərini yaxşı tərəfdən göstərdilər, hərəkətli, dinamik idilər. Oyun gözləniləndən də yaxşı alındı. İkinci matçımız idi. Mümkün deyil ki, komanda, futbolçular ideal formada olsun. Əllərindən gələni etdilər ki, planlaşdırdıqlarımızı meydanda yerinə yetirsinlər".
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı