Rüstəm Əhmədzadə tibbi müayinədən keçmək üçün Bakıda
14.12.2021 - 15:39
Ukraynanın “Minay” klubunun hücumçusu Rüstəm Əhmədzadə Bakıdadır.
Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, 21 yaşlı forvard “Qarabağ”a transferini rəsmiləşdirmək üçün paytaxtımıza gəlib.
Həmkarlarımızın yazdığına əsasən, Azərbaycan millisinin üzvü bu gün və ya sabah Ağdam klubunda tibbi müayinədən keçəcək. Əgər səhhətində hər hansı bir problem aşkar olunmasa, rəsmi sözləşməyə qol çəkəcək.
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da Rüstəm Əhmədzadənin transferində “Minay”la anlaşdıqlarını təsdiqləyib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0