Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə karyerasını ölkəmizdə davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə Ukraynanın ua-football.com saytı məlumat yayıb.
Bildirilib ki, “Minay”ın forvardı artıq “Qarabağ”la anlaşıb. Hətta bu səbəbdən 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının XVIII turunda “Kolos”la (1:2) səfər matçında iştirak etməyib. Rüstəmin “Minay”la artıq vidalaşdığı, “Qarabağ”ın formasını geyinmək üçün tezliklə Bakıya gələcəyi vurğulanıb.
Qeyd edək ki, “Minay”a ötən il məhz “Kolos”dan keçən Rüstəm Əhmədzadənin Ukrayna təmsilçisi ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. O, bu ilin yayında milliləşdirilərək Azərbaycan yığmasına çağırılıb. Rüstəm millimizin heyətində 5 matçda iştirak edib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI