Simeone onu istəmir
29.03.2022 - 12:19
“Atletiko”nun hücumçusu Luis Suares mövsümün sonunda komandasını dəyişəcək.
Apasport.az saytının məlumatına görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeone uruqvaylı forvardın xidmətində maraqlı deyil.
35 yaşlı qolçu argentinalı çalışdırıcının gələcək planlarına daxil deyil. Simeone gələn mövsüm Joao Feliksi əsas hücumçu kimi oynatmağı düşünür. Suares isə İtaliya klublarından birinə keçə bilər. Çünki A seriyasının iddialı komandaları onun xidmətində maraqlıdır.
Qeyd edək ki, “Atletiko”ya 2020-ci ildə “Barselona”dan keçən Luis Suaresin müqavilə müddəti mövsümün sonuna qədərdir.
- "Real"da ciddi itki: VALVERDENİN DURUMU BƏLLİ OLDU
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
0
0