“Bavariya”nın müdafiəçisi Niklas Süle yayda Dortmund “Borussiya”sına keçəcəyini təsdiqləyib.
Apasport.az saytının məlumatına görə, Münhen klubu ilə müqavilə müddəti mövsümün sonuna qədər olan 27 yaşlı futbolçu Bundesliqanın digər təmsilçisinə azad agent kimi keçəcək.
Almaniya millisinin üzvü “Borussiya”nı seçməsinin səbəbini açıqlayıb: “Bir neçə həftə əvvəl qərar verdim ki, gələcəkdə Dortmund “Borussiya”sında oynayacağam. Bir insan və futbolçu kimi mənə ehtiyac duyduqlarını hiss etdim. Mənə olan münasibətlərinə heyran qaldım. Bu səbəbdən harada çıxış edəcəyimi tez anladım”.
Qeyd edək ki, Niklas Süle 2017-ci ildən “Bavariya”nın formasını geyinir.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA