Super Liqa klubunda daha bir baş məşqçi istefası
14.12.2021 - 17:22
Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası baş tutacaq.
Apasport.az saytının məlumatına görə, “Fatih Karagümrük”ün baş məşqçisi Françesko Farioli vəzifəsindən ayrılmağı qərara alıb.
Yerli KİV italiyalı mütəxəssisin bu barədə həm rəhbərliyi, həm də futbolçu heyətini məlumatlandırdığını yazıb. 32 yaşlı çalışdırıcının ayrılıq qərarını bu gün futbolçulara açıqladığı və onlarla vidalaşdığı vurğulanıb. Tezliklə rəsmi açıqlamanın verilməsi gözlənilir.
Qeyd edək ki, “Fatih Karagümrük” 16 turdan sonra Super Liqada 11-ci pillədə (22 xal) yer alır.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0