Türkiyə klubu Luis Suareslə maraqlanır
01.04.2022 - 23:30
Gələn mövsüm Super Liqa çempionluğunu hədəfləyən “Fənərbaxça” transfer çalışmalarını davam etdirir.
Apasport.az saytının “fotomac.com.tr”yə istinadən məlumatına görə, Türkiyə klubu hücum xəttinə ulduz futbolçu gətirmək niyyətindədir.
“Sarı-lacivərdlilər” “Atletiko”nun forvardı Luis Suareslə maraqlanır. Uruqvay millisinin üzvünün yayda azad agent statusuna malik olması istanbulluları həvəsləndirir. Rəhbərlik mövsümün sonuna yaxın 35 yaçlı oyunçunun meneceri ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Luis Suares bu mövsüm 37 oyunda 11 qol vurub, 3 məhsuldar ötürmə verib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0