Azərbaycan millisinin futbolçuları Vüsal İsgəndərli ilə Namik Ələskərovun formasını geyindiyi komandalar Türkiyə TFF I Liqasının XXX turunda üz-üzə gəlib.
Apasport.az saytının məlumatına görə, İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” Ələskərovun şərəfini qoruduğu “Bursaspor”u qəbul edib.
Lakin bu matçda Azərbaycan dueli baş tutmayıb. Çünki Vüsal görüşün iştirak ərizəsinə salınmayıb. Ondan fərqli, Namik start heyətində meydana çıxıb və matçı əvəz edilmədən keçirib. Ancaq o, komandasının səfərdə uduzmasına mane ola bilməyib.
Ev sahiblərindən Antoni Uzodimmanın dubluna qonaqlar Erdem Uğurlunun təsəlli topu ilə cavab verə bilib. Nəticədə “Keçiörengücü” 2:1 hesablı qələbə qazanıb.
Bu qalibiyyət “Keçiörengücü”nün 38 xalla 10-cu pilləyə yüksəlməsinə kömək olub. 28 xalda qalan “Bursaspor” isə 19 komanda arasında 18-cidir.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq