Tuxel onları “Barselona”ya buraxmadı
07.12.2021 - 22:43
“Barselona” “Çelsi”nin futbolçuları Timo Verner və Hakim Ziyeş üçün qarşı tərəfə rəsmi təklif göndərib.
Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi ön xətt oyunçularını mövsümün sonuna qədər icarəyə götürmək istəyib.
Lakin londonlular düşünmədən təklifi rədd edib. Baş məşqçi Tomas Tuxel qışda komandanı zəiflətmək istəmədiyi üçün keçidə qarşı çıxıb. Almaniyalı mütəxəssis mövsümün ikinci yarısında geniş heyətlə mübarizə aparmaq niyyətindədir.
Qeyd edək ki, cari mövsüm Timo Verner 12 oyunda 3 qol, 1 assist, Hakim Ziyeş isə 15 matçda 3 qol, 4 assistlə yadda qalıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0