“Derbi Kaunti”nin baş məşqçisi Ueyn Runi istefa verməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, bunu gənc mütəxəssis özü açıqlayıb.
37 yaşlı çalışdırıcı maliyyə problemi ucbatından mövsümün sonunda ayrılacağını istisna etməyib: “Mövsümü burada başa vuracağam. Sonra klubla necə irəliləyəcəyimizi düşünməliyəm. Bunun yeganə yolu kluba yeni sahib tapmaqdır. İşimi görə bilmək üçün nəsə olmalıdır. Əgər vəzifəmin öhdəsindən gələ bilmirəmsə, deməli, nə özümə, nə də azarkeşlərə qiymət verirəm. Mənə zəmanət lazımdır”.
Qeyd edək ki, “Derbi Kaunti” Çempionşipdə 24 komanda arasında sonuncu pillədə qərarlaşır.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq