“Latsio” Avropa Liqasının qrup mərhələsinin son turunda “Qalatasaray”la matça ciddi itki ilə çıxa bilər.
Apasport.az saytının məlumatına görə, hücumçu Çiro İmmobile İtaliya A seriyasının XV turunda “Sampdoriya” ilə oyunda zədələnib.
Komandasının 3:1 hesablı qələbəsinə dublla töhfə verən ulduz futbolçu fasilədən dərhal sonra sağ dizindən zədə alaraq əvəzlənib. Baş məşqçi Mauritsio Sarri sabah tibbi müayinənin olacağını, forvardın durumuna məhz o zaman aydınlıq gələcəyini söyləyib. İmmobilenin “Qalatasaray”la qarşılaşmanı buraxmaq ehtimalı yüksəkdir.
Qeyd edək ki, “Latsio” – “Qalatasaray” oyunu dekabrın 9-da keçiriləcək. Son tur öncəsi türklər 11 xalla birinci, italyanlar isə 8 xalla ikinci pillədə qərarlaşıb.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI