Ulduz futbolçu MLS klubuna keçdi
08.02.2022 - 17:39
Daha bir tanınmış futbolçu karyerasını ABŞ-da davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, Duqlas Kosta “Los Anceles Qalaksi”nin formasını geyinəcək.
“Qremio”nun yarımmüdafiəçisi MLS təmsilçisinə transferi rəsmiləşdirmək üçün ABŞ-a yollanıb. 31 yaşlı oyunçu bu gün rəsmi sözləşməyə qol çəkəcək. “Qremio” ilə yollarını ayıran Kosta azad agent kimi keçdiyi “Los Anceles Qalaksi” ilə iki illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Duqlas Kosta başa çatan Braziliya çempionatında 26 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib. “Qremio” isə B seriyasına yuvarlanıb.
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
0
0