Afrika Futbol Konfederasiyası qalmaqallı finalla bağlı bəyanat yayıb
19.01.2026 - 17:51
Afrika Futbol Konfederasiyası qalmaqallı finalla bağlı bəyanat yayıb

Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun finalında baş verən qalmaqallı hadisələrlə bağlı rəsmi bəyanat yayıb.

Apasport.az xəbər verir ki, CAF yaydığı açıqlamada final zamanı bəzi futbolçuların və rəsmi şəxslərin davranışlarını kəskin şəkildə pisləyib:

“Dünən axşam Rabatda keçirilən Mərakeş – Seneqal final oyunu zamanı bəzi oyunçuların və rəsmi şəxslərin qəbuledilməz davranışlarını Afrika Futbol Konfederasiyası qətiyyətlə qınayır.

Təşkilat oyunlar zamanı, xüsusilə, hakimlər briqadasına və ya qarşılaşmanın təşkilatçılarına qarşı yönəlmiş hər cür qeyri-etik davranışı yolverilməz hesab edir. Bütün videomateriallar nəzərdən keçirilir və günahkar şəxslərlə bağlı müvafiq tədbirlərin görülməsi üçün iş aidiyyəti qurumlara göndəriləcək”.

Qeyd edək ki, həlledici matçın əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Əlavə vaxtda hakim Seneqal millisinin vurduğu qolu qeydə almayıb, daha sonra isə qapılarına penalti təyin edib. Bu qərarlara etiraz olaraq Seneqal yığmasının məşqçilər heyəti komandanı meydandan çıxarıb. Bir müddət sonra seneqallılar oyuna qayıdıblar, Mərakeş millisinin futbolçusu Brahim Dias penalti zərbəsini boşa verib və matçın sonlarında Seneqal həlledici qolu vuraraq, 1:0 hesablı qələbə qazanıb.