Alisson növbəti matçda da oynamayacaq
16.02.2024 - 22:56
"Liverpul"da daha bir itki baş verib.
Apasport.az xəbər verir ki, Alisson Bekker zədələnib.
Qapıçı komandanın ardıcıl ikinci matçını da buraxacaq. O, məşq zamanı bud nahiyəsindən xəsarət alıb. Qolkiper Premyer Liqanın "Brentford"la oyununda iştirak etməyəcək. Görüş fevralın 17-də keçiriləcək.
Qeyd edək ki, braziliyalı fevralın 10-da "Bernli" ilə görüşü soyuqdəymə səbəbindən buraxıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0