Alman futbolçu da "Benfika"nı seçdi
12.07.2024 - 11:55

Yay transfer pəncərəsi boyu bir çox türk klubunun transfer siyahısında olan Jan-Niklas Bestenin yeni komandası bəlli olub.
Apasport.az xəbər verir ki, “Heydenheym” formasını geyinən alman futbolçu gözlənilmədən Portuqaliyaya yollanıb.
Bestenin yeni komandası “Benfika”dır. Portuqallar onun üçün 10 milyon avro ödəyiblər. 25 yaşlı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Jan-Niklas ötən mövsüm Bundesliqa komandasının heyətində 31 oyuna çıxıb, 8 qol, 11 qol ötürməsi ilə yadda qalıb.
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- Salah Premyer Liqada mövsümün antirekordunu təkrarlayıb
- Jurnalistin sualı Mourinyonu özündən çıxardı: "MƏQSƏDİNİZ NƏDİR?"
0
0