Kriştiano Ronaldo 1000-ci qola bir addım da yaxınlaşdı
20.11.2026 - 23:42
Kriştiano Ronaldo 1000-ci qola bir addım da yaxınlaşdı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında 986-cı qolunu vurub.

Apasport.az xəbər verir ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatında “Əl-Əhli” ilə keçirilən qarşılaşmada fərqlənib.

41 yaşlı futbolçu matçın 14-cü dəqiqəsində hesabı açıb.

Təcrübəli hücumçu karyerasındakı qolların sayını 986-ya çatdırıb. Bunlardan 146-sını Portuqaliya millisində, 840-nı isə klub səviyyəsində vurub.