Almaniya nəhəngi "Arsenal"ın futbolçusunu istəyir
23.06.2025 - 18:14
Almaniya nəhəngi "Arsenal"ın futbolçusunu istəyir

Niko Uilyamsın transferində “Barselona”ya uduzan “Bavariya” həmin mövqeyə oyunçu axtarışlarını davam etdirir.

Apasport.az xəbər verir ki, komanda “Arsenal”ın formasını geyinən Qabriel Martinelli ilə yaxından maraqlanır.

Bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “topçular” 24 yaşlı vinger üçün 50 milyon avro tələb edir.

Xatırladaq ki, “Arsenal” Martinellini 2019-cu ildə “İtuanu” klubundan 7,10 milyon avroya transfer etmişdi.

Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində çıxdığı 51 rəsmi matçda 10 qol və 6 assistlə yadda qalıb.