Almaniyada ilin ən yaxşı futbolçusu bəlli olub
10.08.2025 - 16:04
Almaniyada ilin ən yaxşı futbolçusu bəlli olub

Almaniyada 2025-ci ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, “Kicker” nəşrinin keçirdiyi sorğunun nəticələrinə əsasən, “Bayer”in sabiq yarımmüdafiəçisi Florian Virtz ilin ən yaxşısı seçilib.

22 yaşlı hücumameyilli yarımmüdafiəçi 191 səs toplayıb.

“Bavariya”nın vingeri Maykl Olise 81 səslə ikinci, “Ştutqart”ın hücumçusu Nik Voltemade isə 71 səslə üçüncü yeri tutub.

Qeyd edək ki, Florian Virtz ötən mövsüm “Bayer”in heyətində çıxdığı 45 rəsmi matçda 16 qol vurub və 15 məhsuldar ötürmə edib. Almaniya millisinin üzvü iyul ayında 125 milyon avro müqabilində “Liverpul”a transfer olunub.