Almaniyalı müdafiəçi “Atletiko”nun radarında
31.03.2026 - 19:04
“Atletiko Madrid” “Borussiya Dortmund”un futbolçusu Valdemar Antonu hədəfə alıb.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi 29 yaşlı müdafiəçini yayda heyətinə qatmaq niyyətindədir.
La Liqa klubunun baş məşqçisi Dieqo Simeonenin rəhbərlikdən oyunçunun transfer edilməsini tələb edib. ”Dortmund” isə futbolçunu satmaq niyyətində deyil.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Valdemar Anton cari mövsümdə çıxış etdiyi 37 oyunda 3 qolla yadda qalıb.
0
0