Argentina millisinin üzvü "Milan"ın radarına düşüb
13.06.2025 - 08:57
"Lion"un hücumameyilli yarımmüdafiəçisi Tiaqo Almada "Milan"ın diqqətini çəkib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "Milan" artıq "Atletiko Madrid"in də radarında olan Almada üçün təklif hazırlayır.
Fransız klubu argentinalını yanvarda "Botafoqo"dan icarəyə götürüb, müqavilənin müddəti iyunun sonunda başa çatacaq.
24 yaşlı futbolçu 2025-ci ildə Argentina millisinin heyətində 4 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" futbolçunun dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
- Messinin böyük qayıdışı təxirə düşür: Mayamidə xoşbəxtdir
0
0