Londonun "Arsenal" klubu yay transfer kampaniyasına başlayıb.
Apasport.az Britaniya mətbuatına istinadla xəbər verir ki, "topçular"ın maraq dairəsində 2 futbolçu var.
Söhbət “Brentford”un hücumçusu İvan Toni və “Vulverhempton”un yarımmüdafiəçisi Pedro Netodan gedir. Paytaxt klubunun rəhbərliyi bu futbolçuları almaq üçün təxminən 150 milyon funt-sterlinq xərcləməyə hazırdır.
Bundan əlavə, “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi “Arsenal”ın potensial oyunçuları siyahısında görünür.
Apasport.az xəbər verir ki, İngiltərə çempionatının 25 turundan sonra "topçular" 55 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər