"Arsenal" "Barselona"nın braziliyalı futbolçusu ilə maraqlanır
05.03.2024 - 15:19
"Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Rafinya İngiltərə Premyer Liqasına keçə bilər.
Apasport.az "Todofichajes" nəşrinə istinadla xəbər verir ki, "Arsenal" 27 yaşlı cinah oyunçusu ilə maraqlanır.
“Topçular”ın nümayəndələri yaxın bir neçə həftə ərzində danışıqlara başlamağı planlaşdırırlar. "Transfermarkt" braziliyalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir. Onun müqaviləsi 2027-ci ilin iyunun sonuna kimidir.
Yarımmüdafiəçi bu mövsüm La Liqada 19 oyun keçirib. Braziliyalı 4 qol vurub və 6 məhsuldar ötürmə edib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0