"Arsenal" və "Fransa"ya şok: Saliba yarım il oynamayacaq
16.07.2026 - 05:21
Fransa millisinin və İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Vilyam Saliba ciddi zədə səbəbindən əməliyyat olunacaq.
Apasport.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, 25 yaşlı futbolçu bel nahiyəsindən əməliyyat olunacaq. Onun 4-5 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Saliba DÇ-2026-da Fransa millisinin əsas heyət oyunçusu olub. O, yarımfinalda İspaniyaya 0:2 hesablı məğlub olduqları görüşdə də start heyətində meydana çıxmışdı.
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
- Yığmamızın oyunu norveçlilərə həvalə olunub
0
0