“Arsenal”da ciddi itki
31.03.2026 - 12:52
“Arsenal”da ciddi itki

"Arsenal"ın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Noni Madueke sıradan çıxıb.

24 yaşlı vinger İngiltərə milli komandasının düşərgəsində zədələnib.

Bu barədə yığmanın baş məşqçisi Tomas Tuxel məlumat verib. Almaniyalı mütəxəssis Maduekenin bir müddət yaşıl meydanlardan uzaq qalacağını deyib.

Qeyd edək ki, "Arsenal" Noni Maduekeni mövsümün əvvəlində "Çelsi"dən 56 milyon avroya transfer edib.