“Arsenal”ın müdafiəçisi “Fənər”in radarında
11.08.2025 - 11:44
“Arsenal”ın müdafiəçisi “Fənər”in radarında

“Fənərbaxça” “Arsenal”ın sol cinah müdafiəçisi Aleksandr Zinçenkonu transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, “sarı-lacivərlilər”in idman direktoru Devin Özek bu məsələlə bağlı “topçular”la danışıqlara başlayıb.

London təmsilçisi ukraynalı futbolçu üçün 15 milyon avro tələb edir.

Qeyd edək ki, Zinçenko 2022-ci ildən “Arsenal”ın heyətində çıxış edir. Ötən mövsüm o, bütün turnirlərdə 23 oyuna çıxıb, 1 qol vurub və 1 qol ötürməsi ilə yadda qalıb.