"Arsenal"ın müdafiəçisi "Vulverhempton"la matçı buraxacaq
19.04.2024 - 17:17
"Arsenal"ın heyətində cəmi 2 matçda iştirak edən hollandiyalı futbolçu Jurrien Timber dizindən ciddi zədə alıb.
Apasport.az xəbər verir ki, London komandasının sükançısı Mikel Arteta Timberin vəziyyətini şərh edib.
Təcrübəli çalışdırıcı onun qarşıdakı oyunları buraxacağını vurğulayıb: "Timber "Vulverhempton"a qarşı oynamayacaq, hələ tezdir. Hələlik o, U23 komandasında davam edəcək. O, məşqdə yaxşı görünürdü. Növbəti addımı atmalı və öz hərəkətlərinə inam qazandırmalıdır”.
Qeyd edək ki, İngiltərə çempionatının "Vulverhempton" - "Arsenal" matçı aprelin 20-də keçiriləcək.
- İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı
- “Sabah”la oyun öncəsi “Barselona”da ciddi itki: Yamal Bakıya gəlmir
- “Benfika”nın oyununda faciə: Azarkeş həyatını itirdi
- “Fənərbaxça”nın Çempionlar Liqası matçı ona tapşırıldı
- Poçettino “Mançester Yunayted”də 100 illik antirekordu təkrarladı
0
0