Asensio "Real"dan ayrıla bilər – Gedişinə yaşıl işıq
22.07.2026 - 10:38
Asensio "Real"dan ayrıla bilər – Gedişinə yaşıl işıq

"Real"ın müdafiəçisi Raul Asensionun yay transfer pəncərəsində komandadan ayrılmaq ehtimalı var.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçunun komandadan ayrılması hələ iyun ayında rəhbərlik və baş məşqçi Joze Mourinyo ilə planlaşdırılıb.

Asensionun birdəfəlik transferi və ya icarəyə göndərilməsi gələn təkliflərdən asılı olacaq.

Bununla yanaşı, yekun qərarı yenə də futbolçunun özü verəcək. "Real" isə müdafiəçinin ayrılığına qarşı deyil.

Qeyd edək ki, 22 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.