"Atletiko Madrid" yeni qapıçı tapıb
27.05.2025 - 15:18
"Atletiko Madrid" yeni qapıçı tapıb

"Atletiko Madrid" yay transfer pəncərəsində yeni qapıçı transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, bu barədə "AS" məlumat yayıb.

Mənbənin əldə etdiyi məlumata görə, “Atletiko” “Malyorka”nın qapıçısı Leo Romanla maraqlanır.

Romanın "Mayorka" ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Ötən mövsüm qolkiper İspaniya çempionatında 7 oyun keçirib və 10 qol buraxıb.