"Barselona" "Borussiya Dortmund"un futbolçusu Karim Adeyemini heyətinə qatmağa yaxındır.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı hücumçu üçün Dortmund klubuna rəsmi təklif göndərib.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Hazırda tərəflər arasında danışıqlar davam edir.
Məlumata görə, Adeyemi bu yay yalnız "Barselona"ya keçmək istəyir və digər variantları nəzərdən keçirmir.
"Borussiya" rəhbərliyi isə təklifi dəyərləndirir və yekun qərarını verməyib.
Qeyd edək ki, Karim Adeyemi 2022-ci ildən Dortmund təmsilçisinin formasını geyinir.
Almaniya millisinin üzvü olan hücumçu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 43 oyunda 18 qol vurub, 11 məhsuldar ötürmə edib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI