“Barsa”nın müdafiəçisi A Seriyası klubunda - RƏSMİ
03.06.2025 - 19:55
"Barselona"nın müdafiəçisi Aleks Valye "Komo"ya keçib.
Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi bu ilin fevralında icarəyə götürdüyü 21 yaşlı futbolçunu birdəfəlik transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, "Komo" oyunçu üçün kataloniyalılara 6 milyon avro ödəyib.
Qeyd edək ki, ispaniyalı sol cinah müdafiəçisi bu mövsüm komandasının heyətində A Seriyasında 15 matçda iştirak edib.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0