“Barsa”nın yetirməsi “Atletik”də - RƏSMİ
23.06.2025 - 17:29
İspaniya La Liqası təmsilçilərindən “Atletik” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda “Malyorka”nın yarımmüdafiəçisi Robert Navarronu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Atletik” 23 yaşlı oyunçu ilə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Xatırladaq ki, Navarro “Barselona”nın yetirməsidir. O, karyerası ərzində “Real Sosyedad”, “Monako”, “Osasuna” və “Kadiz” kimi komandaların şərəfini qoruyub.
Qeyd edək ki, ispaniyalı futbolçu geridə qalan mövsümdə “Malyorka”nın heyətində 25 oyuna çıxıb və 1 qolla yadda qalıb.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0