"Barselona" argentinalı yarımmüdafiəçini ala bilər
29.02.2024 - 15:19
Hüquqları Argentinanın "River Pleyt" klubuna məxsus olan 16 yaşlı yarımmüdafiəçi Franko Mastantuono karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Apasport.az "sport.es"ə istinadla xəbər verir ki, "Barselona"sı oyunçunu transfer etməkdə maraqlıdır.
Perspektivli futbolçunun transferinə görə təzminat məbləği 25 milyon avrodur. Franko mərkəzi yarımmüdafiədə və hücumun sağ cinahında oynaya bilir.
Argentinalı bu mövsüm bütün yarışlarda 8 oyun keçirib və 1 qol vurub. Futbolçunun Argentina klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0