Ronald Arauxonu dünya çempionatına aparmaq Uruqvay Futbol Assosiasiyasına baha başa gələ bilər.
Apasport.az saytının məlumatına görə, “Barselona” qurumu FIFA-ya şikayət etməklə hədələyib.
Sentyabrın 23-də millinin heyətində yoldaşlıq görüşündə zədələnən və həmin vaxtdan yaşıl meydanlardan uzaq qalan 23 yaşlı mərkəz müdafiəçisi sağalmamış DÇ-2022-yə aparılıb. “Barselona” rəhbərliyi uruqvaylı həkimlərin vaxtından əvvəl keyidici iynələrin vasitəsilə Arauxonu matça hazırlamasından qorxur. İspaniya klubu oyunçunun qrup mərhələsinin ilk iki oyununda iştirak edəcəyi təqdirdə FIFA-ya şikayət ünvanlayacağını açıqlayıb.
Qeyd edək ki, Uruqvay yığması qrupda ilk oyununu bu gün Cənubi Koreyaya qarşı keçirəcək. Arauxo qarşılaşmanın start heyətində yer almayıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı