“Bavariya”nın müdafiəçisi Benjamin Pavar uğrunda mübarizə qızışır.
Apasport.az saytının məlumatına görə, “Real”dan sonra əzəli rəqib “Barselona” da Fransa millisinin üzvünü transfer gündəminə salıb.
Kataloniya klubu ən geci mövsümün sonunda ulduz futbolçu ilə güclənmək niyyətindədir. Əsas problem isə “Barsa”nın onu müdafiənin sağ cinahında oynatmaq istəməsidir. Çünki 26 yaşlı müdafiəçi özü yeni klubunda mərkəzdə çıxış etmək fikrindədir.
Pavar “Bavariya” ilə 2024-cü ilə qədər olan müqaviləsini yeniləməkdən imtina etdiyi üçün almanlar onu sataraq gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, 2019-cu ildən “Bavariya”da çıxış edən Benjamin Pavar bu mövsüm Bundesliqada 13 oyuna çıxıb, 1 qol vurub.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı