"Barselona" Reşford üçün "Mançester Yunayted"ə 22 milyon avro təklif edib
19.01.2026 - 16:12
"Barselona" Reşford üçün "Mançester Yunayted"ə 22 milyon avro təklif edib

“Barselona” klubu “Mançester Yunayted”in hücumçusu Markus Raşfordu heyətdə saxlamaq variantını ciddi şəkildə nəzərdən keçirir.

Apasport.az xəbər verir ki, hazırda Kataloniya təmsilçisində icarə əsasında çıxış edən vinger üçün "Barselona" rəsmi təkliflə çıxış edib.

Mənbənin məlumatına görə, katalonlar "Mançester Yunayted"ə Raşford üçün 22 milyon avro təklif ediblər. Bu məbləğin 18 milyon avrosu 3 il ərzində ödəniləcək sabit məbləğ, 4 milyon avrosu isə futbolçunun performansına bağlı bonuslar şəklində nəzərdə tutulub.

Lakin “Mançester Yunayted” bu təklifi qənaətbəxş hesab etmir. İngiltərə klubu Raşfordun icarə müqaviləsində qeyd olunan 30 milyon avroluq satınalma bəndinin aktivləşdirilməsində israrlıdır. Tərəflər arasında hələlik razılıq əldə olunmayıb.

Qeyd edək ki, 28 yaşlı hücumçu “Barselona” forması ilə bütün turnirlərdə 29 oyuna çıxıb, 8 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.