Fevralın 21-də Çempionlar Liqasının pley-off mərhələsində "Barselona" səfərdə "Napoli" ilə qarşılaşacaq.
Apasport.az "Diario AS"a istinadla xəbər verir ki, 4 futbolçu qarşıdakı matçda "Barselona"ya kömək edə bilməyəcək.
Söhbət müdafiəçilər Alexandro Balde və Markos Alonso, yarımmüdafiəçi Qavi və cinah oyunçusu Ferran Torresdən gedir.
Torresin təxminən 2 həftə sonra meydana çıxa biləcəyi bildirilir. Daha əvvəl Joao Feliksin zədəsini sağaltdığı və "Napoli" ilə oyunda iştirak edə biləcəyi barədə məlumat yayılmışdı.
Çempionlar Liqasının 1/8 final mərhələsinin "Napoli" - "Barselona" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
- Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən bir stadionda
- Netanyahu hökumətinin “Qalatasaray” şikayətinə UEFA-dan cavab
- “Əl-Nəsr”dən qələbə, RONALDO 987-yə çatdı
- Sadio Manedən CAS-ın qərarına reaksiya: “Bu qələbə bütün Seneqal xalqınındır”
- “Tottenhem” 18 yaşlı istedadı ilə yeni müqavilə imzaladı - RƏSMİ