"Barselona"nın Kvaratsxeliya planı
19.02.2024 - 21:54
"Barselona" gürcü futbolçuya elçi düşüb.
Apasport.az xəbər verir ki, "Napoli"nin vinqeri Xviça Kvaratsxeliya La Liqa təmsilçisinin hədəfindədir.
İddialara görə qarşı tərəflə danışıqlara başlamağa hazırlaşan Kataloniya klubu yayda bu transferi tamamlamaq arzusundadır. İspanlar 23 yaşlı futbolçunun keçidi üçün 90-100 milyon avro ödəməli olacaq. Bu məqsədlə komanda rəhbərliyinin bir neçə futbolçunu satmağa razı olduğu deyilir.
Qeyd edək ki, bu mövsüm 31 matçda meydana çıxan Kvaratsxeliya 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0