Baş məşqçi oyun zamanı huşunu itirib
03.05.2025 - 15:21

"Torino"nun baş məşqçisi Paolo Vanoli "Venesiya" ilə oyun zamanı huşunu itirib.
Apasport.az xəbər verir ki, hadisə rəqibin qapısına penalti təyin edildikdən sonra baş verib.
Vanoli görüşün 77-ci dəqiqəsində qəfil yerə yıxılıb. Bir neçə saniyə sonra mütəxəssis məşqçilər korpusunun üzvlərinin köməyi ilə ayağa qalxıb.
Qeyd edək ki, görüş 1:1 hesabı ilə başa çatıb.
0
0