“Başakşəhər” Nuno Da Koştanı heyətinə qatıb
01.07.2025 - 16:53
“Başakşəhər” Nuno Da Koştanı heyətinə qatıb

Türkiyə Superliqası təmsilçilərindən “Başakşəhər” heyətinə yeni oyunçu qatıb.

Apasport.az xəbər verir ki, İstanbul klubu ən son “Kasımpaşa”da çıxış edən Nuno Da Koştanı transfer edib.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu “Başakşəhər” ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Nuno başa çatan mövsümdə “Kasımpaşa” ilə çıxdığı 29 matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.