"Bavariya" "Bayer"in futbolçusunu transfer etməyə yaxındır
27.05.2025 - 15:38

"Bayer Leverkuzen"in futbolçusu Conatan Tah "Bavariya"ya keçməyə yaxındır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
29 yaşlı müdafiəçi yeni klubu ilə 4 illik müqavilə imzalayacaq. "Bavariya" ilə müqavilə 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Bu həftə Ta tibbi müayinədən keçməlidir və bundan sonra o, rəsmi olaraq Münhen nəhənginin futbolçusu olacaq.
Qeyd edək ki, Conatan 2015-ci ildən “Bayer”də çıxış edir. O, klubda 402 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə verib.
0
0