"Bavariya" italiyalı məşqçi ilə maraqlanır
03.05.2024 - 12:18

"Bavariya" yeni baş məşqçi axtarışlarını davam etdirir.
Apasport.az "Tuttomercatoweb" portalına istinadla xəbər verir ki, "Bavariya" Roberto de Zerbini ilə maraqlanır.
Bundesliqa nəhəngi artıq "Brayton"un çalışdırıcısının ətrafı ilə əlaqə saxlayıb.
44 yaşlı mütəxəssisə "Milan" və "Napoli"nin də marağı olduğu bildirilir. İtalyanın "Brayton"la hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, "Bavariya"ya mövsüm başa çatdıqdan sonra vəzifəsini tərk edəcək Tomas Tuxel rəhbərlik edir.
- “Real” azarkeşləri Mbappeni fitə basdı
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- "Fənərbaxça" tribunalarında xaos: Azarkeşin vəziyyəti pisləşdi - VİDEO
- Sabiq vitse-prezident: "Ali Koç dərhal istefa verməlidir"
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0