"Bavariya"lı zədəsini sağaltdı
26.02.2024 - 17:17
“Bavariya”da daha bir futbolçu zədəsini sağaldıb.
Apasport.az xəbər verir ki, komandanın hücumçusu Kinqsli Koman bu gündən məşqləri bərpa edib.
Klubdan verilən açıqlamada 27 yaşlı cinah oyunçusunun yüngül qaçışlara başladığı bildirlir.
Sol dizindəki yırtıq zədəsindən əziyyət çəkən Fransa millisinin üzvünün yaxın günlərdə komanda ilə məşqlərə çıxması gözlənilir.
Qeyd edək ki, 2015-ci ildən “Bavariya”nın şərəfini qoruyan Koman bu mövsüm iştirak etdiyi 24 matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0