Bellinqem ÇL-də ardıcıl 6 oyunda fərqlənib
07.03.2024 - 11:58
"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem Artyom Dzyuba və Kilian Mbappenin rekordunu təkrarlayıb.
Apasport.az xəbər verir ki, Cud Bellinqem UEFA Çempionlar Liqasında ardıcıl 6 oyunda fərqlənib.
İngilis futbolçu 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Bellinqem "Zenit"in keçmiş hücumçusu Artyom Dzyuba ( 6 qol 2 məhsuldar ötürmə) və PSJ-nin hücumçusu Kilian Mbappenin (4 qol 3 məhsuldar ötürmə) rekordunu təkrarlayıb.
Xatırladaq ki, “Real Madrid” Çempionlar Liqasının 1/8 finalında Almaniyanın “Leypstiq” klubuna (1:0, 1:1) ümumi hesabda qalib gəlib.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0