"Benfika"dan ayrıldı - YUNANISTANDA ÇIXIŞ EDƏCƏK
15.09.2026 - 16:03
“Benfika”dan ayrılan Brumanın karyerasını Yunanıstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu “Aris”ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Bruma ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Bruma daha əvvəl də “Aris”in formasını geyinib.
0
0