Benzema DÇ arzusunda
13.12.2025 - 14:16
“Əl-İttihad”ın hücumçusu Kərim Benzema DÇ-2026-da oynamaq niyyətindədir.
Apasport.az xəbər verir ki, ulduz futbolçu bu barədə “Lequipe” nəşrinə açıqlamasında deyib.
Benzema Fransa yığmasının heyətində mundialda iştirak etmək istədiyini bildirib.
Qeyd edək ki, 37 yaşlı hücumçu yığmanın heyətində iştirak etdiyi 97 oyunda 37 qol vurub. O, 2022-ci ildə “Qızıl top” mükafatını qazanıb.
0
0